Əsas Səhifə > Güney Press > "Ağrılarım son vaxtlar daha da artıb"
"Ağrılarım son vaxtlar daha da artıb"Bu gün, 14:52 |
|
"Səhhətim normaldır, amma ağrılarım daha da artıb. Sağ əlimdə müəyyən problemlər var. Vaxtilə "7 oğul istərəm" filminin çəkilişləri zamanı atdan yıxılmışdım. Həmin hadisə nəticəsində qabırğam sınmışdı. O zədədən qalan ağrılar həmişə olurdu, amma son vaxtlar daha da güclənib. Hazırda müayinə və müalicəm davam edir".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Xalq artisti indiyədək özünə istirahət üçün vaxt ayıra bilmədiyini deyib:
"Yadıma gəlmir ki, nə vaxtsa istirahət etmiş olum. Başqaları kimi dincəlməyə heç vaxt imkanım olmayıb. Bu yaşımda da özümə istirahət verməyə vaxt tapa bilmirəm".
Geri qayıt |