Əsas Səhifə > Güney Press > Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı

Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı


Bu gün, 11:32

Gənclər və İdman Nazirliyi Xankəndi şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı yeni tender müqaviləsi imzalayıb.

Banker.az xəbər verir ki, dövlət satınalmaları reyestrinin məlumatlarına əsasən, stadionda smetada nəzərdə tutulmayan əlavə təmir və yenidənqurma işlərinin satın alınması “Planet Construction” MMC-yə həvalə edilib.

Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 2 154 829 manat təşkil edir.


Geri qayıt