|
Ukrayna ordusu Rusiyanın “Qazprom Neftexim Salavat” şirkətinə məxsus Başqırdıstandakı iri müəssisəni vurub. Yeniavaz.com NEXTA-ya istinadla xəbər verir ki, bu, ildə 10 milyon tona qədər xam neft emal etmək gücünə malik Rusiyanın ən böyük neft emalı komplekslərindən biridir. Müəssisə neft emalı zavodunu, böyük neft-kimya kompleksini və qaz-kimya zavodunu birləşdirir. Bildirilir ki, bu müəssisə Ukraynanın uzaqmənzilli dronları tərəfindən indiyə qədər vurulan ən uzaq Rusiya neft obyektlərindən biridir. O, Ukrayna sərhədindən təxminən 1300 km məsafədə yerləşir.
Geri qayıt
|