Əsas Səhifə > Güney Press > Paşinyan Azərbaycan şəhərinə getdi
Paşinyan Azərbaycan şəhərinə getdiBu gün, 15:07 |
|
Məzuniyyətdə olan Ermənistan hökumətinin başçısı Nikol Paşinyan sosial şəbəkədə "Biz getdik" başlığı ilə video paylaşıb. Musavat.com bildirir ki, erməni mediası onun tətili harada keçirdiyi barədə ilkin məlumat yayıb. “Hraparak” nəşrinin verdiyi xəbərə görə, baş nazir tətilinin bir hissəsini Qafan şəhərində keçirməyə gedib. Paşinyan iyulun 10-dan 29-dək məzuniyyətdədir. Ötən il isə erməni mətbuatı Paşinyanın həyat yoldaşı Anna Akopyanla tətil üçün Antalyanı seçdiyini yazmışdı. Antalyadakı tətil təxminən 100 min avroya (təxminən 197 min manat) başa gəlib. Akopyanın bu qədər dəbdəbəli və bahalı istirahəti Ermənistanda ciddi narazılığa səbəb olub. 19-22 iyun tarixləri arasında Akopyan Antalyanın ən lüks otellərindən biri olan “Titanic Mardan Palace”da qalıb. O, otelin "King Suit" adlanan ən bahalı otağına bir gecə üçün 6 min avro ödəniş edib. Xərclər təkcə otaqla məhdudlaşmayıb: şampanla dolu vanna, şəxsi yoqa məşqçisi, xüsusi xidmətçi, yaxta icarəsi və minibar kimi lüks xidmətlər üçün əlavə pullar ödəyib. Bu dəfə isə cütlük yollarını ayırıb və Paşinyan ailəsiz Qafanda istirahət etməkdədir. Qeyd edək ki, Qafan Ermənistanın cənubunda yerləşən və Qərbi Zəngəzur bölgəsininin mərkəzi şəhəridir. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı Qafan rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırım qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. Cənub-şərqdən Bərgüşad, cənubdan Mığri dağ sil-siləsi, qərbdən Xustub zirvəsi (3202 m) ilə əhatə olunub. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir. Geri qayıt |