Əsas Səhifə > Güney Press > Putin nüvə silahına ƏL ARTACAQMI...

Putin nüvə silahına ƏL ARTACAQMI...


Bu gün, 10:38

Çinlilər əmindirlər ki, Rusiya Ukrayna müharibəsində cəbhədə hadisələrin inkişafı uğursuz olsa belə nüvə silahı tətbiq etməyəcək.
"DİA-AZ" xəbər verir ki, bunu CNBC-yə müsahibəsində Finlandiya Prezidenti Aleksandr Stubb Çin XİN rəhbəri Van Yi ilə bir müddət öncəki görüşünə istinad edərək deyib.
Jurnalistin “küncə sıxılmış Rusiya Prezidenti Vladimir Putin nüvə silahı tətbiq edəcəkmi?” sualına Stubb bu məsələniiki gün öncə Finlandiyaya səfər etmiş Çin xarici işlər naziri Van Yi ilə müzakirə etdiyini bildirib. Stubun sözlərinə görə, Çin nümayəndələri Rusiyanın nüvə silahına qaçmayacağını çox əminliklə deyiblər. Bununla belə o, Ukrayna cəbhəsində konfliktin eskalasiya təhlükəsinin qaldığını və buna hazır olmaq gərəkdiyini söyləyib.
İyulun 9-da Ankaradakı NATO sammitin Volodimir Zelenski də Avropa liderlərinin ona Çinin Rusiya KİV-lərində nüvə silahının tətbiq edilməsi imkanları barədə bəyanatlara sərt reaksiya verdiyini söylədiklərini bildirmişdi:
“İlk dəfədir ki, onlar çox dəqiq və sərt reaksiya veriblər. Liderlərin mənə dediklərinə görə, ultimativ formada nüvə silahının tətbiqin söhbət belə gedə bilməz deyilib.
Çinin özü isə hələlik nə Zelenski, nə Stubun dediklərinə rəsmi reaksiya verib.

Geri qayıt