Əsas Səhifə > Güney Press > "Bahar Point" MMC fəaliyyətini dayandırdı:

"Bahar Point" MMC fəaliyyətini dayandırdı:


Bu gün, 07:58

“Bahar Point” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicisi statusu passivləşdirilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyəti dayandırılan şirkətin dövlət büdcəsinə 19 112.56 AZN məbləğində vergi borcu üzə çıxıb.

Nizamnamə kapitalı cəmi 10 AZN olan, Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 576 olan və maliyyə ili yanvarın 1-dən dekabrın 31-dək olan cəmiyyətin qanuni təmsilçisi isə Oqtay Seyfulla oğlu Abulovdur.

Geri qayıt