İqtisadiyyat.az xəbər verir ki, buna səbəb təsisçi Nəbiyev Yaşar Nəriman oğlunun özünə məxsus 3 210 000 manat məbləğində payını götürərək təsisçilikdən çıxmasıdır.
Beləliklə, şirkət nizamnamə kapitalının 6 000 000 manatdan 2 790 000 manata azaldıldığını elan edib.
Xatıladaq ki, “Agro Norm” 2013-cü ildən qeydiyyatdan keçib, əsasən təzə pomidor, alma, armud, heyva, ərik və albalı kimi məhsulların istehsalı və ixracı ilə məşğuldur. Qanuni təmsilçisi Rəşad Abdullayevdir.