Əsas Səhifə > Güney Press > "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb

"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb


Dünən, 12:16

"Qarabağ" futbolçu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.


Geri qayıt