Əsas Səhifə > Güney Press > ABŞ bombaladı
ABŞ bombaladıDünən, 11:10 |
|
İranın Şiraz şəhərinə edilən raket hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" qüvvələrinin komandiri, briqada generalı İbrahim Mürtəzəvi Nəsab həlak olub. Modern.az xəbər verir ki, bu barədə İranın bəzi KİV-ləri məlumat yayıb. Bundan başqa, "Mehr" agentliyinin məlumatına görə, ötən gecə İranın Konarak, Buşehr və Çoğadak şəhərlərində də bir neçə partlayış baş verib. Xatırladaq ki, son 2–3 gündə ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başladıb. Tehran isə buna cavab olaraq bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. ABŞ Prezidenti Donald Tramp İranla gələcək danışıqların mənasız olduğunu və atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edib. Vaşinqtonun iddiasına görə, İran Hörmüz boğazından keçən tankerlərə hücum edib və bu, yeni hərbi əməliyyatların başlanmasına səbəb olub. Tehran isə əksinə, ABŞ-ni razılaşmanı pozmaqda və yeni gərginlik yaratmaqda ittiham edir. Geri qayıt |