Əsas Səhifə > Güney Press > Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib

Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib


Bu gün, 16:53

Son 5 ildə Azərbaycanda ictimai hamamlarda göstərilən xidmətlərin dəyərində kəskin artım qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ildə hamam xidmətlərinin ümumi həcmi 5 milyon 21,1 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 8 milyon 329,3 manata yüksəlib.
Onu da qeyd edək ki, hamam xidmətlərinin ümumi məişət xidmətlərində payında isə azalma qeydə alınıb. 2021-ci ildə bu xidmət növünün payı 0,61% olduğu halda, 2025-ci ildə 0,50%-ə enib.
Eyni zamanda əhalinin hər nəfərinə düşən hamam xidmətlərinin dəyəri isə artıb. 2021-ci ildə adambaşına düşən göstərici 50 qəpik təşkil edib. Bu rəqəm 2025-ci ildə isə 81 qəpiyə çatıb.


Geri qayıt