Əsas Səhifə > Güney Press > Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır

Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır


Bu gün, 12:53

Hazırda Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veranika Zonabend Bakıya gəlmək üçün hazırlıqlara başladıqlarını bildirib.

Tribuna.az xəbər verir ki, o, bu məqsədlə səfərə hazırlaşan nümayəndə heyətinin tərkibini də müəyyənləşdirməyə start verib.

Özünün bildirdiyinə görə, həmin heyətin Bakıda təhlükəsizliyinin təmini üçün bir sıra beynəlxalq təşkilatlara müraciət edə edib. Bunun üçün Avropa Birliyinin rəsmisi Ursula fon der Layenə məktub göndərib.

Zonabend bildirib ki, heyətin məqsədi Azərbaycanın Ombudsmanı ilə görüşmək, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək, onlara məktublar, fotoşəkillər və qohumlarının digər icazə verilən şəxsi əşyalarını çatdırmaqdır.


Geri qayıt