Əsas Səhifə > Güney Press > "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi"
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi"Bu gün, 12:06 |
|
Ankarada baş tutan NATO-nun 36-cı Zirvə görüşü Türkiyənin təşkilatda sıradan bir ölkə deyil, əsas aktorlardan biri olduğunu göstərdi. Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın alicənab duruşu isə dünya liderlərinə qürur və ləyaqət nümunəsi oldu. Bu toplantı 2004-cü ildə İstanbulda keçirilən sammitdən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci NATO Liderlər Zirvəsi idi və ötən illər ərzində dünya mizanının necə, hansı ölkələrin xeyirnə dəyişdiyini də məlum etdi. NATO-da çoxdan anlayıblar ki Türkiyə güclü tərfədaşdır və onunla hesabaşmaq ancaq faydalı ola bilər. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, artan təhdidlər NATO-nu birləşdirməyə təkan verib: - Bir zamanlar Tramp ya bilrəkdən, ya da gələcəyə düzgün hesablama aparmadan ABŞ-ın NATO-dan çıxacağını, bu təşkilata vəsait ayırmayacağını bildirirdi. Amma Ankara görüşü, aparılan müzakirələr, nəhayət "Ankara Bəyannaməsi" təşkilata üzv dövlətlərin hadisələrə daha praqmatik yanaşdığını göstərdi. Görünür, həm ətrafı, həm də dünyada gedən geosiyasi proseslər NATO-nu parçalamaq deyil, gücləndirməyin zəruri olduğunu cənab Trampa anlada bilib. Təbii ki, Rusiyanın təhdidləri yalnız NATO üzvü olan ölkələrə qarşı deyil. Keçmiş SSRİ məkanında olan respublikalar da belə təhdid siyasəti ilə daim üzləşirlər. Optimal variant isə təhlükəsizlik çətirinin yaradılması idi. Bütün məqamları nəzərə alaraq onu qeyd etmək olar ki, Alyansın daxilində davam edən müsbət tendensiyalar, xüsusilə sammitin Ankarada keçirilməsi mühüm məsələdir. Türkiyənin önəmli güc mərkəzi kimi bu proseslərin önündə olması bir çox münaqişələrin alovlanmasına deyil, səngiməsinə təsir göstərər. Birlik sədri qeyd etdi ki, hazırda bütün münaqişə tərəfləri ilə, həm Rusiya, həm Ukrayna ilə sabitləşdirici əlaqələrini qoruyub saxlayan və sülhyaratma prosesinə dəstək göstərmək potensialı olan Türkiyədir: - Digər tərəfdən, qardaş Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatlarının strateji maraqlarına cavab verir. Türk birliyi emosional çıxışlarla, gəlişi gözəl ifadələrlə deyil, bütün tərəflərin maraqlarına uyğun güc mərkəzinə çevrilməklə mümkün olar. Bu istiqamətdə güclü Türkiyə-Azərbaycan tandemi və Mərkəzi Asiya Respublikalarının türk birliyi yolunda cəsarətli addımları effektli nəticələr verər. Alyansın Ankara sammitinin digər bir əhəmiyyətli nəticəsi o oldu ki, NATO Ukraynaya 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayıracağını və növbəti ildə də eyni səviyyədə dəstəyin saxlanılacağını bildirildi. Bu Rusiya təhdidlərinin qarşısının alınmasında əhəmiyyətli dəstəkdir. Nəhayət ki, dünyada güclənməkdə olan Çin faktoru diqqəti cəlb edir. Böyük ehtimalla NATO, xüsusilə ABŞ Çin məsələsində ciddi qarşıdurmaya getməyəcək. Çinlə iqtisadi əməkdaşlığa daha çox önəm veriləcəyini düşünmək olar. Geri qayıt |