Əsas Səhifə > Güney Press > NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilibBu gün, 10:51 |
|
NATO Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini 20 ildən artıq müddətdə təmin edən” Baltic Air Policing” missiyasının formatını dəyişərək ona hava müdafiəsi statusu verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar barədə Ankarada keçirilən NATO sammitində Litva Prezidenti Gitanas Nauseda məlumat verib. Onun sözlərinə görə, “Baltic Air Policing” missiyası rəsmi şəkildə hava müdafiəsi formatına çevrilib. Missiya 2004-cü ildən, Litva, Latviya və Estoniyanın NATO-ya qoşulmasından sonra fəaliyyət göstərir. Bu ölkələrin öz döyüş aviasiyası olmadığı üçün onların hava məkanının mühafizəsini Alyansın müttəfiqləri təmin edir. Bu il NATO təyyarələri Baltic Air Policing çərçivəsində ilk dəfə silah tətbiq ediblər. Estoniya və Latviya üzərində ilkin qiymətləndirmələrə görə Ukraynaya məxsus olan və təsadüfən sərhədi keçən pilotsuz uçuş aparatları vurulub. Alyans bildirib ki, əvvəllər bu missiya çərçivəsində NATO ölkələrinin müdafiəsi üçün silahdan istifadə edilməyib, çünki missiya sülh dövrünün şərtləri üçün yaradılmışdı. "Beləliklə, biz bu cür insidentlərə diqqət yetirdiyimizi nümayiş etdiririk. Bu, müəyyən mənada çəkindirmə tədbiridir. Lakin bu gün baş verənlər artıq tamamilə sülh şəraiti hesab oluna bilməz", – deyə Nauseda Ankarada jurnalistlərə bildirib. TREND Geri qayıt |