Əsas Səhifə > Güney Press > Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı

Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı


Bu gün, 09:55

Şəki Apellyasiya Məhkəməsində qonşusu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Elvin Rəsulovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Elvin Rəsulov işləmək üçün Qazaxıstana gedib. Həmin vaxt qonşusu Bəxtiyar Həsənli Elvin Rəsulovun həyat yoldaşına mesajlar yazıb, onunla münasibət qurmaq istəyib. Bəxtiyar Həsənli Elvinin həyat yoldaşına dəfələrlə mesaj yazıb, uşağını soruşmaq bəhanəsi ilə onu narahat edib. Daha sonra Bəxtiyar qadına Elvinin Qazaxıstanda qızlarla ona xəyanət etdiyini deyib və bu barədə ona Elvinin videolarını göndərib.


Həyat yoldaşı bu barədə Elvinə məlumat verib. Elvin Qazaxıstandan Mingəçevirə qayıdıb, Bəxtiyarı görüşə çağırıb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Bəxtiyarı bıçaqlayıb.


Bəxtiyar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, əməliyyatdan sonra xəstəxanada vəfat edib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Elvin Rüstəmov saxlanılıb.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt