Əsas Səhifə > Güney Press > Şuşadan qaçan Ohanyan:
Şuşadan qaçan Ohanyan:Bu gün, 17:08 |
|
Ermənistan parlamentindəki "Ermənistan" blokunun rəhbəri, Azərbaycana qarşı hərbi cinayətlərdə adı hallanan keçmiş müdafiə naziri Seyran Ohanyan yerli hakimiyyətə qarşı sərt bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, Ohanyan sosial şəbəkə hesabında yaydığı açıqlamada Qaqik Tsarukyanın həbsi və müxalifət nümayəndələrinə qarşı aparılan istintaq tədbirlərini "siyasi qisas" adlandırıb. O, Paşinyan hakimiyyətini Ermənistan Apostol Kilsəsinə, müxalifətə və hakimiyyəti tənqid edən şəxslərə qarşı təzyiqlər göstərməkdə ittiham edib. Keçmiş müdafiə naziri daha sonra hədələyici bəyanat səsləndirərək, "intiqam və ədalətin bərpası gününün gələcəyini", hazırkı hakimiyyət nümayəndələrinin isə gələcəkdə məhkəmə qarşısında cavab verəcəyini iddia edib. Qeyd edək ki, Seyran Ohanyan uzun illər Ermənistan silahlı qüvvələrinə rəhbərlik edib və Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində törədilən hərbi cinayətlərlə bağlı adı ən çox hallanan erməni hərbi-siyasi fiqurlarından biridir. Qeyd edək ki, Seyran Ohanyan uzun illər Ermənistanın müdafiə naziri olub və Qarabağın işğalı dövründə əsas hərbi-siyasi fiqurlardan biri kimi tanınıb. 44 günlük Vətən müharibəsi zamanı Şuşa istiqamətində erməni qüvvələrinin ağır məğlubiyyətindən sonra onun döyüş bölgəsini qaçması hər kəsin xatirində olub. Geri qayıt |