Əsas Səhifə > Güney Press > “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub

“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub


Bu gün, 15:21

Azərbaycanda dövlət qurumları mühafizə xidmətlərinə milyonlarla manat vəsait xərcləyir. Şəffaflığın təmin edilməsi məqsədi ilə dövlət qurumları mühafizə xidmətlərini tender elan edərək seçirlər. Tenderlərdə dövlət qurumlarının mühafizəsini üstlənən əsas şirkətlərdən biri də “Gesco” ASC (VÖEN: 1300664041) olub. Bu şirkət dövlət qurumlarının, xüsusilə də ölkədəki universitet və Elm və Təhsil Nazirliyinə tabe olan digər idarələrin tenderlərinin aktiv qalibi olur.

"DİA-AZ" xəbər verir ki, bu ilin əvvəlindən iyul ayının 7-ə kimi şirkət müxtəlif dövlət qurumlarından ümumi dəyəri 16 milyon 423 min manat olan tenderlər udub. Bununla yanaşı, dövlət qurumları şirkətə 2025-ci ildə 23 milyon 123 min manatlıq, 2024-cü ildə isə 4 milyon 952 min manatlıq iş həvalə ediblər. Ümumilikdə son iki ildə, - yəni 2024-cü ilin may ayının 10-dan bu ilin iyul ayının 7-ə kimi şirkət 44 milyon 498 min manatlıq tenderlərin qalibinə çevirilib.

Bu il şirkət 2 irihəcmli tenderin qalibi olub. Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması üçün şirkətə 7 milyon 16 min manat ödəyib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması üçün şirkətə 7 milyon 170 min manat ödəniş edib.

“Gesco” ASC 2025-ci ildə də bu idarələrin eyni tenderlərini udub. Belə ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması üçün şirkətə 5 milyon 419 min manat ödəyib. Yəni builki müqavilədən 1 milyon 597 min manat daha az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2025-ci il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması üçün şirkətə 7 milyon 855 min manat, - yəni 685 min manat daha çox ödəniş edib.

2024-cü ildə şirkət bu dövlət qurumlarının mühazifə xidmətini həyata keçirməyib.

Bundan başqa, “Gesco” ASC əsasən universitetlərin və təhsil idarələrinin mühafizəsini həyata keçirməklə məşğuldur. 2024-2026-cı illərdə “Gesco” ASC bir sıra universitetlərin, Peşə Təhsil Mərkəzlərinin, Universitetlərin nəzdində fəaliyyət göstərən kolleclərin və bəzi akademiyaların mühafizəsini həyata keçirib.

Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.

“Gesco” ASC-nin 2024-2026-cı illər ərzində qalibi olduğu tenderlər haqqında daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Təklifin qiyməti

Yekunlaşma tarixi

1

“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ

Mühafizə xidməti

667 035 AZN

07.07.2026

2

“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ

“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması

5 098 AZN

08.06.2026

3

"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ

Mühafizə xidmətinin satın alınması

105 634 AZN

25.05.2026

4

"Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satın alınması

48 144 AZN

22.05.2026

5

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı

Mühafizə xidmətinin satınalınması

89 129 AZN

17.05.2026

6

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ

Mühafizə xidmətinin satınalınması

47 949 AZN

01.04.2026

7

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması

7 016 259 AZN

19.02.2026

8

"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satın alınması

248 083 AZN

16.02.2026

9

"Turizm və Sosial Xidmətlər Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satınalınması

206 736 AZN

16.02.2026

10

"Bərdə Dövlət Peşə TƏhsil Mərkəzi" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satın alınması

41 347 AZN

12.02.2026

11

"Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satın alınması

165 389 AZN

09.02.2026

12

"İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

Mühafizə xidmətinin satınalınması

165 389 AZN

09.02.2026

13

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətləri üçün satın alınması

7 169 633 AZN

16.01.2026

14

Azərbaycan Memarlıq və İnşaat Universiteti

2026-cı il üçün mühafizə

332 477 AZN

14.01.2026

15

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı

Mühafizə xidmətlərinin satınalınması

35 978 AZN

12.01.2026

16

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Mühafizə xidmətinin təşkilinin satın alınması

79 098 AZN

06.01.2026

CƏMİ 2026 - 16 423 378 AZN

17

"Azərbaycan İdman Akademiyası" PHŞ

2026-cı il üçün mühafizə xidmətinin satınalınması

242 490 AZN

29.12.2025

18

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ və nəzdində fəaliyyət göstərən UFAZ üçün tələb olunan mühafizə xidmətləri

684 324 AZN

29.12.2025

19

"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

"Mühafizə xidmətləri"nin satın alınması

85 045 AZN

29.12.2025

20

"Bakı Dövlət Universiteti" PHŞ

Bakı Dövlət Universitetinin tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınması

965 358 AZN

29.12.2025

21

"Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec" PHŞ

Mühafizə xidmətinin satınalınması

14 160 AZN

26.12.2025

22

Azərbaycan Tibb Universiteti

Azərbaycan Tibb Univesiteti üçün 2026-ci il üzrə Mühafizə Xidmətinin satın alınması.

708 113 AZN

25.12.2025

23

"Yeni Klinika" PHŞ

2026-cı ilin mühafizə xidməti

699 929 AZN

24.12.2025

24

Azərbaycan Dövlət Pedaqoji Universiteti

2026-cı il üçün mühafizə xidmətinin satınalınması

482 814 AZN

23.12.2025

25

Azərbaycan Dillər Universiteti

Mühafizə xidmətinin satınalınması

239 332 AZN

22.12.2025

26

Bakı Slavyan Universiteti

2026-cı il üçün mühafizə xidmətlərinin satın alınması

179 096 AZN

22.12.2025

27

Bakı Dövlət Universitetinin Qazax Filialı

Mühafizə ximdətinin satınalınması

140 977 AZN

15.12.2025

28

Dövlət İdarəçilik Akademiyası

2026-cı il üçün İnzibati-tədris binasının mühafizə xidməti

97 732 AZN

08.12.2025

29

"Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" PHŞ

Mühafizə xidmətinin satınalınması

46 091 AZN

08.12.2025

30

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Mühafizə xidmətinin satınalınması

55 068 AZN

03.12.2025

31

Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ

Mühafizə xidmətinin satın alınması

149 960 AZN

28.11.2025

32

"Bakı Mühəndislik Universiteti" PHŞ

Mühafizə xidməti

405 826 AZN

26.11.2025

33

"Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci" PHŞ

Mühafizə xidmətinin satın alınması

67 402 AZN

07.11.2025

34

"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ

Mühafizə xidməti

910 205 AZN

03.09.2025

35

"Azərbaycan Metrologiya İnstitutu" PHŞ

Mühafizə xidmətinin satın alınması

24 922 AZN

16.09.2025

36

"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ

“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması

5 098 AZN

12.06.2025

37

"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ

Mühafizə xidməti

650 015 AZN

05.06.2025

38

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı

Mühafizə xidmətinin satınalınması

89 129 AZN

15.05.2025

39

"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ

Mühafizə xidmətinin satınalınması

105 634 AZN

14.05.2025

40

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

2025-ci il üçün mühafizə xidmətinin satın alınması

71 670 AZN

07.05.2025

41

"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ

Mühafizə xidmətinin satın alınması

65 136 AZN

07.05.2025

42

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ

Mühafizə xidmətlərinin satınalınması

43 489 AZN

08.04.2025

43

"Bərdə Dövlət Peşə TƏhsil Mərkəzi" PHŞ

Mühafizə xidmətinin satınalınması

39 482 AZN

04.03.2025

44

"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

Mühafizə xidmətinin satın alınması

205 037 AZN

12.02.2025

45

"Bakı Dövlət Universiteti" PHŞ

Bakı Dövlət Universitetinin tədris və inzibati binaların,eləcə də ərazilərin mühafizəsi üzrə xidmətərin satın alınması

923 232 AZN

11.02.2025

46

"İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

Mühafizə xidmətinin satınalınması

118 440 AZN

05.02.2025

47

"Turizm və Sosial Xidmətlər Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2025-ci il üçün mühafizə xidmətinin satın alınması

205 033 AZN

03.02.2025

48

"Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi" PHŞ

2025-ci il üçün mühafizə xidmətinin satın alınması

157 920 AZN

28.01.2025

49

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2025-ci il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizəsi

7 854 835 AZN

27.01.2025

50

"Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec" PHŞ

Mühafizə xidmətinin satınalınması

14 160 AZN

21.01.2025

51

"Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" PHŞ

Mühafizə ximdətinin satınalınması

43 245 AZN

09.01.2025

52

Azərbaycan Dillər Universiteti

ADU PHŞ mühafizə xidmətinin satınalınması

220 097 AZN

08.01.2025

53

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ və onun nəzdində fəaliyyət göstərən UFAZ üçün tələb olunan mühafizə xidmətlərinin satın alınması

628 676 AZN

08.01.2025

54

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması

5 419 029 AZN

08.01.2025

55

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

Mühafizə xidməti haqqı

28 918 AZN

07.01.2025

56

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı

Mühafizə xidmətinin satınalınması

35 973 AZN

06.01.2025

CƏMİ 2025 - 23 123 092 AZN

57

Bakı Slavyan Universiteti

Mühafizə xidmətinin satınalınması

166 125 AZN

29.12.2024

58

"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

"Mühafizə xidmətləri"nin satın alınması

85 002 AZN

29.12.2024

59

"Yeni Klinika" PHŞ

2025-ci ilin mühafizə xidməti

698 626 AZN

28.12.2024

60

Azərbaycan Turizm və Menecment Universiteti

Mühafizə xidmətinin satınalması

62 446 AZN

28.12.2024

61

Azərbaycan Memarlıq və İnşaat Universiteti

2025-ci il üçün mühafizə

310 104 AZN

27.12.2024

62

Bakı Musiqi Akademiyası

Mühafizə xidmətinin satınalınması

56 413 AZN

27.12.2024

63

Dövlət İdarəçilik Akademiyası

2025-ci il üçün inzibati-tədris binasının mühafizə xidməti

88 911 AZN

27.12.2024

64

Azərbaycan İdman Akademiyası

2025-ci il üçün mühafizə xidmətinin satın alınması

218 510 AZN

26.12.2024

65

Azərbaycan Dövlət Pedaqoji Universitet

2025-ci il üçün mühafizə xidmətinin satın alınması

451 336 AZN

25.12.2024

66

Azərbaycan Tibb Universiteti

Azərbaycan Tibb Universiteti üçün 2025-ci il üzrə Mühafizə Xidmətinin satın alınması

656 206 AZN

23.12.2024

67

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı

ADPU Quba filialının 2025-ci il üzrə mühafizə xidmətlərinin satınalınması

55 002 AZN

20.12.2024

68

"Bakı Mühəndislik Universiteti" PHŞ

Mühafizə xidməti

376 713 AZN

17.12.2024

69

Bakı Dövlət Universitetinin Qazax Filialı

BDU Qazax Filialı mühafizə xidmətinin satınalınması

132 991 AZN

06.12.2024

70

"Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəzdində Azərbaycan Dənizçilik Kolleci" PHŞ

Mühafizə xidmətinin satın alınması

67 402 AZN

25.09.2024

71

"Azərbaycan Minatəmizləmə Agentliyi" PHŞ

Mühafizə xidmətinin satın alınması

712 674 AZN

17.09.2024

72

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" PHŞ

Saray Modul tipli Vərəm Xəstəxanasının mühafizə xidməti

43 358 AZN

16.09.2024

73

Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ

Mühafizə xidmətinin satın alınması

128 537 AZN

03.09.2024

74

Göyçay Peşə Hazırlığı Mərkəzi PHŞ

Mühafizə xidmətinin satın alınması

27 612 AZN

12.08.2024

75

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Mühafizə xidmətinin təşkili

24 384 AZN

22.07.2024

76

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec PHŞ

Mühafizə xidmətinin satın alınması

14 160 AZN

19.07.2024

77

"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ

“Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı mühafizə xidmətinin satınalınması

4 779 AZN

27.06.2024

78

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialı

Mühafizə xidmətinin satın alınması

36 816 AZN

14.06.2024

79

"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ

Mühafizə xidməti

460 200 AZN

25.05.2024

80

"Azərbaycan Dövlət İqtisad Universiteti”nin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci" PHŞ

ADİU nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci-nin mühafizə xidmətinin satınalınması

73 632 AZN

10.05.2024

CƏMİ 2024 - 4 951 939 AZN

YEKUN - 44 498 409



Geri qayıt