Əsas Səhifə > Güney Press / Ana xəbər > "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..."
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..."Bu gün, 14:33 |
|
"Oğlum 2011-ci il təvəllüdlü Ruslan Həmidov Bakıda yerləşən Qarabağ Regional Mədəniyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayonu Malıbəyli kənd Uşaq Musiqi Məktəbində oxuyur. Oğlumun sintezatorunu Bəhman Etibar oğlu Nəsirov yeniləmək adı ilə aldı, üstündə də 1070 manat pulumu. Bizi aldatdı, uşaq sintezatorsuz qaldı deyə imtahanlardan da kəsildi” – Bu sözləri Musavat.com-a müraciət edən Elnur Asif oğlu Həmidov deyib. Zərərçəkmiş vətəndaşın sözlərinə görə Bəhman Nəsirov onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu və əmlakını mənimsəyib. Şikayətçinin sözlərinə görə, hüquq mühafizə orqanlarına şikayətdən sonra Bəhman Nəsirov musiqi alətini geri qaytarmağa məcbur olub, lakin vurduğu maddi ziyanı ödəməkdən boyun qaçırıb və qeybə çəkilib: "Nə özünə zəng çatır, nə də harada olduğunu tapmaq olur. Sonradan öyrəndim ki, mən tək deyiləm. Biz artıq zərərçəkmişlər olaraq qrup yaratmışıq. Bu adam eyni üsulla bir çox insanı aldadıb. Harada gəldi kirayədə qalır, insanlara öz evimdir deyib etibar qazanır, işini bitirəndən sonra isə yoxa çıxır”. Geri qayıt |