Əsas Səhifə > Güney Press > Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edibBu gün, 14:28 |
|
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı futbol üzrə dünya çempionatına ev sahibliyi kontekstində qaydaları pozmaqda və rəqiblərə maneələr yaratmaqda ittiham edib. APA xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. "ABŞ hökumətinin dünya çempionatına ev sahibliyi zamanı davranışı onun adət etdiyi xarici siyasətini xatırladır: qaydaları öz xeyrinə dəyişmək, rəqiblərə təzyiq göstərmək, maneələr yaratmaq və fırıldaq etmək. Bu onların MAGA oyun kitabıdır. İran bu cür oyunları rədd edir. Biz öz hüquqlarımızı qətiyyətlə müdafiə edirik", – Pezeşkian yazıb. Geri qayıt |