Əsas Səhifə > Güney Press > NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi:
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi:Bu gün, 12:50 |
|
NATO-nun baş katibi Mark Rutte ABŞ-ın İrana hücumlarının "mütləq zəruri" olduğunu bildirib. Publika.az xəbər verir ki, Rutte Ankarada keçirilən NATO sammitindən bildirib ki, atəşkəs qüvvədə olduqda və İran onu pozduqda, ABŞ-ın qətiyyətlə cavab verməsi son dərəcə vacibdir. İyulun 8-də “Fars” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) istinadən bildirib ki, Tehran ABŞ-ın İrana hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika bazalarına hücum edib. Qeyd olunur ki, İİKK Küveyt və Bəhreyndəki ABŞ bazalarını vurub. Çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra hücumlar həyata keçirib. ABŞ hərbi komandanları hücumların İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirildiyini iddia ediblər. Geri qayıt |