Əsas Səhifə > Güney Press / Üst manşet > Yüklədiyin pul niyə sayğacda əks olunmur ki?
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki?Bu gün, 11:20 |
|
"DİA-AZ" xəbər verir ki, onlar sayğac göstəricilərində uyğunsuzluqlar olduğunu, ödəniş balanslarından əlavə məbləğlərin silindiyini və bu hallarla bağlı kifayət qədər izahat verilmədiyini bildirirlər. Şikayətlərdə əsasən smart sayğac sistemləri və kart ödənişləri ilə bağlı problemlər qeyd olunur. İddialara görə, yüklənən məbləğin tam hissəsi balansda əks olunmur və sabit tarif adı ilə çıxılmalar baş verir. Məsələ ilə bağlı şikayətlər sosial şəbəkələrdə müxtəlif dövrlərdə fərqli intensivliklə gündəmə gəlib.
“Dünən karta 20 manat vurdum, kartı sayğaca taxan kimi cəmi 4 manat balans göstərdi. 16 manat hara getdi? Qaynar xəttə zəng edirəm, deyirlər sistemdə köhnə borcunuz olub. Nə borc, mən hər ay vaxtı-vaxtında pul vururam axı”, – sosial şəbəkədə Azəriqaz istifadəçisi yazıb.
“Sumqayıt şəhərində elektrik sayğacları ilə bağlı problemlər davam edir. Karta pul yükləyirik, amma hər dəfə məbləğin bir hissəsi səbəbi izah edilmədən çıxılır. Müraciət etsək də, konkret izahat ala bilmirik. Aybaay bu fərqlər təkrarlanır və vəziyyət aydınlaşdırılmır”, – başqa bir şikayətçi bildirir.
Oxşar şikayətlər Naxçıvan Muxtar Respublikasında da səsləndirilir. Sakinlər bildirirlər ki, qaz və elektrik kartlarına yüklədikləri vəsaitin bir hissəsi xəbərdarlıq edilmədən silinir.
Onların iddiasına görə, “sabit tarif”, xidmət haqqı və digər adlarla ay ərzində 1 manatlıq ödənişdən əlavə, bəzi hallarda 2 manat və daha artıq vəsait tutulur. Şikayətçilər həmçinin bildirirlər ki, smart sayğaclarda balans tam əks olunmur, mexaniki sayğaclarda isə ay ərzində bir neçə dəfə qəbz təqdim edilir.
Geri qayıt |