Əsas Səhifə > Güney Press > “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdıBu gün, 09:34 |
|
“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb. Teleqraf xəbər verir ki, buna Masazır təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub etməsi səbəb olub. “Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb. Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb. Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir. Geri qayıt |