Əsas Səhifə > Güney Press > "Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcəkBu gün, 09:12 |
|
"Zirə" komandası UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu bu gün keçirəcək. "Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə üz-üzə gələcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək. Geri qayıt |