Əsas Səhifə > Güney Press > SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıbBu gün, 09:02 |
|
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib. "Tasnim" agentliyinin yaydığı SEPAH bəyanatında bildirilir ki, əməliyyat ABŞ-ın gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. SEPAH-ın iddiasına görə, əməliyyat zamanı ABŞ-ın regiondakı əsas hərbi bazalarında yerləşən 85 obyekt hədəfə alınıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanına, eləcə də Küveytdəki Əli əl-Səlim aviabazasına endirildiyi bildirilib. Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat zamanı İranın zərbə vasitələrini ələ keçirməyə çalışan ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub. SEPAH ABŞ-ın son hücumlarını İranın keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə keçirilən matəm mərasimlərini pozmağa cəhd kimi qiymətləndirib və bildirib ki, bu əməliyyat ABŞ-ın "təcavüzünə ilkin cavabdır". Geri qayıt |