Əsas Səhifə > Güney Press > Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil...

Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil...


Bu gün, 03:58

İslam dini peyğəmbərin ölümündən sonra hansı tarixi keçib bəllidir və ya böyük ölçüdə bəllidir. Kərbəla hadisəsindən tutmuş, xəlifələrin öldürülməsi, Osmanlı xəlifəliyinin təxminən son iki yüz illiyi müddətində ərəblərin onlara xəyanət etməsi və s, nəhayət də İran mollalarının ortaya çıxması. Məsələ bu deyil. Məsələ dinin mahiyyətinin dəyişməsidir.
Allah dinini yer üzünə peyğəmbərlər vasitəsilə göndərəndə yaxşı bilirdi ki, onun peyğəmbər seçdiyi insan öləndən sonra həmin din mahiyyətini itirəcək. Ona görə də yer üzünə çoxlu peyğəmbərlər göndərib. Əslində İslam dini ən cavan və son din olsa da onun ömrü hədislərdə deyildiyi kimi 1400 ili keçəcək, 1500 ili keçməyəcək. Belə bir hədis olduğu deyilir. Doğru olmasa belə axirət günün gəlməsi və müsəlman qarışıq bütün insanların öləcəyi faktı onu deməyə əsas verir ki, Allah insan irqindən nəhayət bezib, özü yaratdığını özü məhv edəcək. Burda axirzaman öncəsi dünyanın hamısının İslamı qəbul edəcəyi, bir neçə il yerdə cənnətin mövcud olacağı da hədislərdə deyilir, sonra dünya dağılır və s.
Demək istədiyim başqadır. İslam dünyasında mövcud olan dindarlar, burda tarixdən bu günə dini idarə edən, sözü keçənlərdən söhbət gedir, dinin mahiyyətinin səhv yöndə getdiyini görə-görə, yəni məzhəblərin yaranmasından tutmuş, indiki düşmənçiliyin yaranmasına kimi, niyə bunun qarşısını almaq üçün addımlar atmayıblar? Niyə səhvləri deyib, kənara çəkilməyiblər ki, daha məqbul insanlar dini idarə etsinlər, İslamı doğru yönətsinlər ki, mövcud durum yaranmasın? Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil. Əslində, tarixi qınamaq asan deyil, peyğəmbərdən sonra belə bir insanın olma ehtimalının az olması da bir gerçəklikdir. İndi isə gecdir. Amma hesab edirəm ki, Allahın dini gec-tez belə bir yönəticiyə qovuşacaq ki, İslamı birləşdirəcək və din öz mahiyyətinə qayıdacaq.
Müəllif: Azər Qasımov -  dinşünas
Mənbə: "DİA-AZ"

Geri qayıt