Əsas Səhifə > Güney Press > Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir?
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir?Dünən, 16:55 |
|
ABŞ lideri Donald Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirdiyi “Ərdoğanı sevindirəcək bir addım atacam” açıqlaması beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bu mesaj Vaşinqton-Ankara münasibətlərində yeni səhifənin açılacağına dair gözləntiləri artırıb. Xüsusilə, müdafiə sənayesi, F-35 proqramı, silah satışına qoyulan məhdudiyyətlər və Suriya siyasəti ilə bağlı mümkün qərarlar diqqət mərkəzindədir. Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp NATO sammitindən əvvəl də bu toplantıya müəyyən mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məmnun etmək niyyəti ilə qatıldığını bəyan etmişdi. Onun sözlərinə görə, Trampın sammit çərçivəsində Ərdoğanla görüşdə “onu sevindirəcək bir addım atacağını” deməsi ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər:
Politoloq qeyd edib ki, hazırda ABŞ-Türkiyə münasibətləri müsbət istiqamətdə inkişaf edir və xüsusilə Suriya məsələsində tərəflərin mövqeləri böyük ölçüdə üst-üstə düşür:
Onun sözlərinə görə, Ağ Evin Türkiyəyə tətbiq olunan silah məhdudiyyətlərini aradan qaldırmaq niyyəti də artıq gizli deyil:
Politoloq vurğulayıb ki, Bayden administrasiyası dövründə yaranmış gərginlik tədricən aradan qalxır:
Geri qayıt |