Əsas Səhifə > Güney Press > "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."Dünən, 12:06 |
|
"Universitetin 1-ci kursundan teatrda çalışan və daim baş rollarda çıxış edən aktrisa kimi mənim də sənətimlə bağlı arzularım var. Əlbəttə ki, mən də fəxri ad və mükafat arzusundayam. Niyə də yox?! İnşAllah ki, güman edirəm uyğun olan zamanda o siyahıda biz də olarıq. Bu günə qədər oynadığım bütün rolları sevmişəm və rejissorların etimadını doğrultmuşam. Düşünürəm ki, onların etimadını doğrultmasaydım mənə ard-arda baş rollar verməzdilər. Bundan sonra da həyat elə gətirsin ki, istədiyim obrazı da, rejissoru da, ətrafımda oynayacaq, eyni gücdə olan aktyor heyətini də mən seçim və rəhbərlikdən xahiş edim ki, mümkün olan zamanda bu əsəri hazırlasınlar. Ümid edirəm ki, hələ uzun illər teatrımızda tələbatlı, məhsuldar və ən önəmlisi tamaşaçılar tərəfindən sevilən aktrisa olaraq qalacam. Bizim teatrda belə aktrisalar çoxdur, adlarını da çəkə bilərəm. Mən də öz yaşıdlarım arasında özümü onlardan biri hesab edirəm. Yaradan şahid olsun ki, getdiyim hər yerdə tamaşaçı sevgisini görürəm. Bu mənim üçün ən böyük mükafat, ən böyük ad, ən böyük dəyərdir. Mən hər yerdə Akademik Musiqili Teatrın siması kimi tanınıram və sevilirəm".
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aparıcı aktrisası Gültac Əlili deyib.
O daha sonra film və seriallarda çəkilməməsinin səbəblərindən danışıb:
"Mən az qonorara ölkəm adına, dövlətim adına, vətənim adına nazirliyin dəstəyi ilə və dövlət əhəmiyyətli filmlərdə ehtiyac olarsa ödənişsiz də oynayaram. Eyni zamanda da az qonorara.. Amma hansısa kommersiya rejissorunun, icraçı prodüserin cibini doldurmaq məqsədilə heç bir filmdə layiq olduğum qonorardan aşağı məbləğə çəkilmirəm və çəkilmərəm də. Təkliflər də gəlib, amma söhbət maliyyədən düşəndə yollarımız ayrılıb".
Aktrisanın yeni mövsüm üçün istəkləri də var:
"Hesab edirəm ki, mən ötən mövsümün ən məhsuldar aktrisalarındanam. Bunu teatrımızdakı məsul şəxslər də hər dəfə məni görəndə "hara baxırıq məşqdə sizi görürük, aşağıda siz, yuxarıda siz" deyə bildirirdilər. Yeni mövsümdə ümid edirəm ki, ötən mövsümdə çəkdiyim əziyyətlərin bəhrəsini görərəm. Yeni mövsümdə özümə həm teatrda, həm həyatda, həm də səhnədə bir simalı tərəf müqabilləri, bir simalı insanlarla yolumun kəsişməyini arzulayıram. Çünki hər sahədə bir neçə simalı insanlarla bərabər addımlayanda o zaman işlər müşkülləşir. İnanıram ki, yeni mövsümdə də teatrımızda tamaşaçılarımıza gözəl əsərlər təqdim olunacaq. Teatrımızda illərdir bir neçə tamaşa var ki, böyük tamaşaçı sevgisi qazanıb. Buna misal olaraq mənim də rol aldığım "O olmasın, bu olsun" tamaşasını göstərə bilərəm ki, 12 ildir anşlaqla nümayiş olunur. Ümid edirəm ki, növbəti mövsümdə də bu kimi tamaşalar çox olacaq. Allah bütün böyüklərə can sağlığı versin. Söhbət sözün əsl mənasında böyüklərdən gedir. Böyük ümidlə bizim xalq artistimiz, gülüş kraliçamız Afaq xanımın sap-sağlam teatra qayıdışını və möhtəşəm əsərinin təqdim etməyini gözləyirəm. İnşallah ki, böyük məmnuniyyətlə öhdəmizə düşən işlərin arxasınca gedəcəyik. Biz başımızı aşağı salmışıq, sözümüzü işimizlə deyirik".
Geri qayıt |