Əsas Səhifə > Güney Press / Ana xəbər > Xristianlar müsəlman torpaqlarını istədikləri kimi bölürlər

Xristianlar müsəlman torpaqlarını istədikləri kimi bölürlər


27-06-2014, 12:58
Xristianlar müsəlman torpaqlarını istədikləri kimi bölürlər
Türkiyə İnternet resursları Qərb mətbuatına istinadən Yaxın Şərqdəki 5 dövlətin ərazisində 14 dövlətin yaranacağı haqda xəbərlər yayıb.

Mənbələr diqqəti bu xəbərlərin “İraq Şam İslam Dövləti” adlı terror qruplaşmasının İraqda əraziləri ələ keçirməsindən sonra yaradılmasına çəkir.

Mənbələr yaxın Şərqin mövcud xəritəsinin əsasən I Dünya Müharibəsi ərəfəsində fransız və ingilis diplomatların səyi ilə yarandığını və “Sykes-Pikot” sazişi ilə təsdiqləndiyini xatırladırlar. Bu da qeyd edilir ki, hələ o zaman saziş imzalanarkən yeni ölkələrin ortaya çıxa biləcəyini istisna etməyib. Sərhədlərin dəyişdirilməsi nəzərdə tutulan 5 dövlət sırasına Liviya, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəmən daxildir.

Xəritədə bu dövlətlərdəki etnik və məzhəb fərqliliklərinin sərhədlərə təsir edəcəyi, bu zəmində yeni dövlətlərin ortaya çıxacağını nəzərə çatdırır. Suriyaya münasibətdəki xəritədə bu dövlətin sahil boyu ərazilərində “Ələvi dövləti” qurulması, şimal torpaqlarının Kürdüstana, qalan ərazilərinin isə “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının quracağı “Sünni dövləti”nə verilməsi əksini tapır.

Bu sırada 2006-cı ildə ABŞ Beynəlxalq Hərbi Akademiyasının əməkdaşı Ralph Peterin hazrıladığı və “Armed Forces Journal”da dərc edilən bütün Yaxın Şərq dövlətlərinin ərazlərinin dəyişdirilmiş xəritəsinin ABŞ-la Türkiyə arasında diplomatik böhrana səbəb olduğu vurğulanır. İraq özü isə “Şiə, sünni, kürd bölgəsi” olmaq üzrə 3 yerə bölünür. Yəmən dövləti şərq və qərb hissəsi olmaqla iki yerə ayrılır, Liviya dövlət ərazilərində isə Trablis, Sirenayka və Fizan adlı 3 dövlət qurulur.

ABŞ-ın nüfuzlu jurnallarından “Wall Street” İŞİD-in İraqdakı fəallığı fonunda Yaxın Şərq ölkələrinin sərhədlərini “qum üzərindəki sərhədlər” adlandırır.

Geri qayıt