|
Azərbaycan Respublikasının Kino Agentliyi “Rakurs Film-Media” MMC (VÖEN – 1308369461) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb. Qeyd edək ki, “Rakurs Film-Media” MMC Kino Agentliyinin sifarişi əsasında “Rəqqə” adlı tammetrajlı bədii filmin istehsalını həyata keçirəcək. Göstəriləcək işlərin qarşılığında Agentlik MMC-yə 3 milyon 500 min manat ödəyəcək. Onu da bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Rakurs Film-Media” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Əhmədov Fariz Asif oğludur. Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü Fariz Əhmədov 2020-ci ildən 2022-ci ilədək “Azərbaycanfilm” kinostudiyasının direktoru olub.
Geri qayıt
|