Əsas Səhifə > Güney Press > Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdiBu gün, 13:02 |
|
Ermənistan parlamentinin sədri Alen Simonyan parlament (deputat) mandatını qəbul etməyəcəyini açıqlayıb. Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib. “Mandatı götürməyəcəm, deputat kimi işimi davam etdirmək üçün Milli Məclisə gəlməyəcəm. Əvvəla, bir az dincəlmək istəyirəm. Unutmayın ki, bu, müharibədən sonrakı, müxtəlif çətinliklərdən keçən parlament idi”, - o bildirib. Simonyan əlavə edib ki, özü üçün prezident postuna keçməyi də düşünmür. Spiker aktiv siyasi fiqur olaraq qalacağını qeyd edib: “Siyasətdən getməyəcəm, siyasi səhifəni bağlamıram”. Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası İdarə Heyətinin ötən həftə keçirilən gizli səsverməsində Alen Simonyan parlament sədri namizədliyinə seçilə bilməyib. Onu bu postda səsvermədə namizəd seçilən müavini Ruben Rubinyan əvəz edəcək. Bundan sonra və əvvəl mediada Alen Simonyanın Vaaqn Xaçaturyanın yerinə prezident postuna keçəcəyi haqda məlumat yayılmışdı. Geri qayıt |