Əsas Səhifə > Güney Press > Paşinyan Putindən qorxaraq geri çəkildi:
Paşinyan Putindən qorxaraq geri çəkildi:Bu gün, 12:53 |
|
Ermənistanın növbəti geosiyasi dönüşə hazırlaşdığı ilə bağlı iddialar gündəmə gəlib. KONKRET.az xəbər verir ki, bu barədə yayılan təhlillərdə bildirilir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin regiona səfəri fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə telefon danışığı aparıb.
İddialara əsasən, tərəflər son dövrlər gərginləşən Rusiya-Ermənistan münasibətlərini müzakirə ediblər. Danışıqların məzmunu açıqlanmasa da, bəzi müşahidəçilər bunu Paşinyanın Avropa İttifaqı ilə mühüm təmaslar öncəsi Moskvanın mövqeyini öyrənmək cəhdi kimi qiymətləndirirlər.
Onun sözlərinə görə, həmin qaydalar TRIPP layihəsinə də şamil olunur. Safaryan layihənin detalları barədə əlavə məlumat verməyərək, onun Ermənistan və ABŞ tərəfindən həyata keçirildiyini qeyd edib.
Təhlildə vurğulanır ki, TRIPP layihəsinin Aİİ-nin gömrük qaydalarına tabe edilməsi mübahisəli məsələdir. Bildirilir ki, söhbət yalnız Ermənistan ərazisindən keçən dəmir yolundan deyil, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək beynəlxalq nəqliyyat marşrutundan gedir və buna görə də fərqli hüquqi mexanizmlər tətbiq olunmalıdır.
Geri qayıt |