Əsas Səhifə > Güney Press > Azərbaycanda 786 min ailənin “evi yoxdur”

Azərbaycanda 786 min ailənin “evi yoxdur”


Bu gün, 11:11

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 739 min 500 yaşayış evi olub.
Yeniavaz.com
xəbər verir ki, yaşayış evlərinin 1 milyon 658 min 278-i əhalinin xüsusi mülkiyyətində olub.
Qeyd olunur ki, yaşayış evlərində ümumilikdə 2 milyon 454 min 806 otaq mövcuddur və bunların yarıdan çoxunu iki və üçotaqlı evlər təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,19 nəfər təşkil edib. 2025-ci ilin ortalarında əhalinin sayının 10 milyon 242 min nəfər olduğu nəzərə alınarsa, ölkədə ümumilikdə təxminən 2 milyon 444 min ev təsərrüfatının (ailənin) mövcud olduğu qənaətinə gəlmək olar. Bu isə yaşayış evlərinin sayının ev təsərrüfatlarının sayından 785 min 722 vahid az olduğunu göstərir.
Onu da qeyd edək ki, yaşayış evlərinin 14 faizi və ya 243 min 613-ü paytaxt Bakının payına düşüb. Açıqlanan son rəsmi məlumatlara görə, paytaxt əhalisinin sayı 2 milyon 351 min nəfər olub. Ölkə üzrə ev təsərrüfatlarının orta ölçüsünü (4,19 nəfər) nəzərə aldıqda, Bakıda təxminən 561 min ev təsərrüfatının olduğu hesablanır. Bu isə paytaxtda yaşayış evlərinin sayının ev təsərrüfatlarının sayından təxminən 317 min vahid az olduğunu göstərir.
Xatırladaq ki, açıqlanan məlumatlar yalnız rəsmi qaydada qeydiyyata alınmış yaşayış evlərinin sayını əks etdirir. Bu saya icazəsiz tikilmiş və qeydiyyata alınmayan evlər daxil deyil.


Geri qayıt