Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun yerdəki adamı rəsmən qoçuluq edir
Səlim Müslümovun yerdəki adamı rəsmən qoçuluq edir27-06-2014, 11:07 |
![]() Redaksiyamıza yeni daxil olmuş məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində növbəti dəfə gərginlik yaşanmaqdadır. Buna səbəb isə qurumun rəhbəri İmran Əzimov tərəfindən tabeliyində çalışan müfəttişlərə qarşı yeni tələblər irəli sürməsidir. Bu tələblər isə xidmət bölməsinin nəzarətində olan müəssisə və obyektlərdən pul yığımlarının artırılması ilə bağlıdır. Mənbələrin dediyinə görə İ.Əzimov əmək müfəttişlərinə xəbərdarlıq edib ki, tələbi yerinə yetirməyənlər dərhal işdən çıxarılacaqlar.Bu arada İmran Əzimovun diqqətinə bir daha çatdırmağı lazım bilirik ki, Dövlət Əmək Müfəttişliyi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və bu orqana Əmək Məcəlləsi və Əsasnamələri əsasında müəyyən səlahiyyətlər verilib. Dövlət Əmək Müfəttişliyi tərəfindən hər hansı bir idarə, müəssisə və təşkilatda yoxlama bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin yazılı əmri və ya sərəncamı əsasında həyata keçirilə bilər. Həmin əmrin və ya sərəncamın əsli idarə, müəssisə və təşkilata təqdim olunmalıdır. Bu sənəddə yoxlamanın məqsədi, dairəsi və yoxlanılmalı olan sənədlər konkret olaraq göstərilməlidir. Dövlət Əmək Müfəttişliyi müfəttişlərinin bu sənəddə göstərilənlərdən artıq yoxlama aparmağa və ya sənədləri tələb etməyə səlahiyyətləri yoxdur. Öz növbələrində müfəttişlər də İmran müəllimə izah etməyə çalışırlar ki, qanunsuz yoxlamalar zamanı vətəndaşlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “Qaynar Xətt”ə şikayət edirlər. Bu iradlara cavab olaraq isə İmran Əzimov deyir ki, cərimələrə səbəb tapmaq, sahibkarları dövlətə borclu çıxarmaq üçün qanunda yetərincə boşluqlar var və “dişləmək” istəyən işləyə bilər. Həmçinin Xidmət bölmə rəisi öz işçilərini korrupsiyaya qarşı mübarizə tədbirlərinə də o qədər aludə olmamağa çağırır. Buna görə də məcburiyyət qarşısında qalan müfəttişlər məsələn, bir işçinin hüququnun pozulması bəhanəsi ilə müəssisəyə gəldikləri halda, sonradan bu şikayətə heç bir aidiyyatı olmayan sənədlər tələb edirlər ki, bu da əslində qanunsuz yoxlama hesab olunur. Məlum olduğu kimi ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr islahatları çərçivəsində nazir Səlim Müslümovun əmri ilə İdris İsayev Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Düşünmək olardı ki, yeni Xidmət rəisi bu kadr islahatlarının Xidmətin struktur bölmələrinə də sirayət etməsini təmin edəcəkdir. Lakin nədənsə bu gözləntilər özünü tam həcmdə doğrultmadı. Ən azından, bir tərəfdən mütəmadi olaraq öz korrupsiya əməlləri ilə diqqəti cəlb eən, digər tərəfdən də üstünlük verdiyi həyat tərzi ilə tez-tez ictimai qınaq və müzakirələrə əsas verən İmran Əzimov kimi bir kadrın hələ də Xidmətin struktur bölmələrindən birinə rəhbərlik etməsi çoxlarını təəcübləndirir. Bu xüsusda Ağstafanın Tatlı kəndi ərazisində yerləşən daş karxanalarının işçiləri 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi rəisinin yarıtmaz fəaliyyətindən daha çox əziyyət çəkən vətəndaşlar kimi diqqəti cəlb edirlər. Aldığımız məlumatlarda bildirilir ki, İmran Əzimov həmin müəssisələrdə fəhlə qismində çalışan insanların əmək müqavilədi olmadan, faktiki istismar olunmalarına şərait yaradaraq, bunun müqabilində hər işçiyə görə müəssisə rəhbərindən ildə 250 manat “haqq” alır. Qazax sakinləri isə İ.Əzimovun bir müddət əvvəl sərxoş vəziyyətdə avtomobil iarə edərkən DYP əməkdaşları tərəfindən saxlanılması və bunun ardınca baş verən hadisələr barədə indi də ikrah və təəsüf hissi ilə danışırlar… Geri qayıt |