Əsas Səhifə > Güney Press > Bu, Putin üçün çox böyük biabırçılıqdır

Bu, Putin üçün çox böyük biabırçılıqdır


Bu gün, 07:17

Krımda vəziyyətin pisləşməsi Rusiyanın Ukraynadakı qüvvələri üçün ciddi praktik problemlər yaradır. Lakin bundan da vacibi odur ki, bu vəziyyət Vladimir Putini "Rusiya imperiyasını bərpa edən lider" kimi təqdim edən Kremlin uzun illər ərzində formalaşdırdığı ideoloji mifə birbaşa təhlükə yaradır.

Axar.az xəbər verir ki, bunu britaniyalı analitik Piter Dikinson bildirib.

O xatırladıb ki, 2022-ci ildən etibarən işğal olunmuş Krım yarımadası Ukraynanın cənubunda yerləşdirilmiş yüz minlərlə rus hərbçisi üçün əsas logistika və təchizat mərkəzi rolunu oynayıb. Ukraynanın pilotsuz uçuş aparatlarından (PUA) istifadə sahəsində tətbiq etdiyi innovativ taktika isə yarımadanı genişmiqyaslı hərbi əməliyyatlar üçün baza kimi yararsız hala gətirə bilər.

"Məhz bu, Rusiyanın Ukraynanın cənubunu işğal altında saxlamaq imkanlarını zəiflədəcək, eyni zamanda Moskvanın Ukrayna şəhərlərini bombardman etmək imkanlarını da azaldacaq", – deyə o qeyd edib.

Dikinson vurğulayıb ki, Putin rusların Krıma olan emosional bağlılığını yaxşı başa düşdüyü üçün 2014-cü ildə yarımadanın ilhaqı zamanı bundan siyasi məqsədlərlə istifadə edib. Sonrakı 12 il ərzində Krım Putin rejiminin imperiya təbliğatının əsas simvollarından birinə və Rusiyanın yenidən "böyük dövlət" statusuna qayıtmasının rəmzinə çevrilib.

“Buna görə də hazırda Krımda fövqəladə vəziyyət Putin üçün çox böyük biabırçılıqdır”, - analitik bildirib.


Geri qayıt