Əsas Səhifə > Güney Press > Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır

Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır


Bu gün, 18:12

Rusiya benzin çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan benzin alır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

“Rusiya Hindistandan dəniz yolu ilə benzin idxalına başlayıb. Bu, Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq üçün edilir. Hindistandan Rusiyaya artıq ən azı 60 min ton benzin göndərilib. Ümumilikdə, Moskva artıq Rusiyaya yanacaq tədarük edən qonşu Belarus da daxil olmaqla, müxtəlif ölkələrdən ayda 400 min ton benzin idxal etməyi planlaşdırır. Rusiyada yanacağa tələbatın yüksək olduğu yay aylarında benzin istehlakı gündə ən azı 110 min ton təşkil edir”, - məlumatda deyilib.


Geri qayıt