Əsas Səhifə > Güney Press > Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "Bu gün, 15:45 |
|
RT telekanalının rəhbəri Marqarita Simonyan bildirib ki, o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla birlikdə Çində gecə saatlarında qızardılmış çəyirtkə axtarmağa çıxıb. KONKRET.az xəbər verir ki, o, bu barədə Çin portalı olan “Guança”ya verdiyi müsahibədə danışıb.
“Bütün rəsmi tədbirlər artıq başa çatmışdı. Səhər isə uçmalı idik. Mən və Dmitri Peskov gecə qızardılmış çəyirtkə axtarmağa çıxdıq. Nəhayət, sadə bir məhəllədə yerləşən kiçik kafelərdən birində onu tapdıq,” — deyə Simonyan xatırlayıb.
Geri qayıt |