Əsas Səhifə > Güney Press > “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”

“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”


Bu gün, 13:12

“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” - FOTO+ÖZƏL

“Rusiyanın Mərkəzi Televiziyasından mənə efir qadağası qoyulmuşdu. Bu hadisə baş verib uzun illər öncə.. Efir sənə məşhurluq verir. Əlbəttə ki, orada paxıllıq olacaq. Deyirdilər ki, “bunu buraxmayın, filan hissənin filan yerini kəsin”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Sərxan Sərxan deyib.
O daha sonra atasının Rusiyanın Dövlət televiziya və radio yayımları komitəsinin sədrinin birinci müavini Ənvər Məmmədovla dostluq əlaqələrinin olduğunu bildirib:
“SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini Ənvər Məmmədov idi. O mənim atamla hərbi məktəbdə birlikdə oxuyublar. Kəşfiyyatçı idilər. O alman, atam isə fars dilində bilirdi. Bir yataqxanada qalıblar. Çox yaxın dost olublar. Atam danışırdı ki, o vaxt hərbi məktəbdə oxuyanda ayağına paslı mismar girmişdi, heç kəs fikir vermirdi, onu mən həkim çatdırdım. Atam 1950-ci illərdə Azərbaycanda şöbə müdiri idi. O idarə əvvəl Hökümət nəzarəti idi, sonra Xalq nəzarəti oldu. O vaxt Moskvaya gələndə Ənvər Məmmədov onunla görüşərdi, qarşılayardı. Sonra atam o vəzifədən getdi. Təşkilatı bağladılar. Atama yaxşı vəzifələr təklif etdilər. Heç birini istəmədi. Aztv-də baş redaktor oldu. Səhərdən axşama qədər bütün proqramlara baxırdı. Bu iş onun üçün çox çətin idi. Sonra keçdi kanalın xarici dillər redaksiyasına. Çünki fars dilini yaxşı bilirdi. Atam bir dəfə yenə Rusiyaya gedib. Ənvər Məmmədovu görüb salamlaşıb. Nədənsə o bu dəfə atamla soyuq salamlaşıb və davranıb. Atam bu hadisədən çox məyus olmuşdu. Hətta bir kəskin məktub yazıb katibəsinə vermişdi ki, ona çatdırarsız. Bu hadisədən sonra münasibətləri kəsildi. Atam çox qürurlu insan idi. O əgər Ənvər Məmmədova desəydi ki, Sərxan mənim oğlumdur, Mərkəzi televiziya əlimdə olardı, üstümdən qadağa götürülərdi. Heç vaxt demədi ki, Sərxan mənim oğlumdur. Məncə atam düz edib. Mən də olsaydım belə addım atardım. Bəlkə də bilirdi, bəlkə də bilmirdi, dəqiq deyə bilmərəm”.

Geri qayıt