Əsas Səhifə > Güney Press > Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işiBu gün, 10:25 |
|
Abşeron rayonunda bacısı qızını öldürməkdə təqsirləndirilən Şakir Rzayevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Hadisə 2025-ci il yanvarın 30-u saat 13 radələrində Abşeron rayonunun Masazır kəndində baş verib. Kənddə 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin bıçaqla xəsarətlər yetirərək bacısı qızı Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Şakir Rzayevə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şakir Rzayev törətdiyi əməldə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Geri qayıt |