Əsas Səhifə > Güney Press > 200 minə yaxın Qırğız rusların qara siyahısında...
200 minə yaxın Qırğız rusların qara siyahısında...Bu gün, 07:26 |
|
Rusiyanın miqrasiya üzrə qara siyahısına 104 mindən çox Qırğızıstan vətəndaşı düşüb. Daha 90.7 min qırğız isə "nəzarət edilən şəxslər" reyestrinə salınıb.
"DİA-AZ" xəbər verir ki, bu barədə AzadlıqRadiosunun qırğız xidmətinə Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyindən məlumat verilib. Qurumun rəsmi statistikasına görə, hazırda Rusiyanın "qara siyahı"sında 104.5 min Qırğızıstan vətəndaşı var. Ötən il bu rəqəm 91.5 min nəfər idi. Adları bu siyahıya salınan şəxslərin Rusiyaya girişi rəsmən qadağandır.
Ötən il fevralın 5-dən Rusiyada "nəzarət edilən şəxslər" reyestri fəaliyyət göstərir. Buraya ölkədə qalmaq üçün qanuni əsası olmayan əcnəbilər daxil edilir. Reyestrə düşən şəxslərin hüquqları kəskin məhdudlaşır: onlara avtomobil idarə etmək, nikaha daxil olmaq, əmlak rəsmiləşdirmək, bank hesabı açmaq və icazəsiz yaşayış yerini dəyişmək qadağan olunur. Bundan başqa, həmin şəxslərin Rusiyadan deportasiya olunma riski də xeyli artır.
Geri qayıt |