|
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Zoom Video Communications, Inc” (VÖEN – 3100026151) şirkəti ilə istifadə lisenziyasının təqdim edilməsi xidməti üzrə satınalma müqaviləsi bağlayıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. Bir il (25.06.2026 – 25.06.2027) müddətində qüvvədə olacaq müqavilənin ümumi dəyəri 51 min manat təşkil edir. Qeyd edək ki, ötən il bağlanan analoji müqavilənin dəyəri isə 29 min 750 manat olub.
Geri qayıt
|