Əsas Səhifə > Güney Press > Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu

Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu


Bu gün, 16:06

“CE Parts” MMC (VÖEN: 1405421941) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.

"DİA-AZ" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar verib. Agentiliyin bu qərarı verməsinin səbəbi «CE Parts» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin dekabr ayının 16-a qədər qadağan edilib.

Qeyd edək ki, «CE Parts» MMC 2021-ci ilin fevral ayının 8-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Babayev Elvin Qeys oğlu olan şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir.


Geri qayıt