Əsas Səhifə > Güney Press > Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq

Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq


Bu gün, 14:52

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib.

Al Jazeeranın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib.


Onun sözlərinə görə, Uitkoff və Kuşner vasitəçilərlə görüşərək danışıqlar prosesinin inkişafını müzakirə edəcəklər.

Sözçü əlavə edib ki, İrana məxsus dondurulmuş 6 milyard dollarlıq vəsait hələ ki Tehrana qaytarılmayıb.


Geri qayıt