|
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Biz”, “Səssiz səslər” və “44 gün” film və televiziya layihələri üzrə xidmətlərə görə Səfərova Afaq Bəşir qızına (Afaq Bəşirqızı) (VÖEN – 1500857912) 10 min 500 manat ödəniş edəcək. Yeniavaz.com xəbər verir ki, bu məqsədlə AzTV Afaq Bəşirqızı ilə satınalma müqavilələri imzalayıb. Qeyd edək ki, Afaq Bəşirqızı ilə imzalanan müqavilə 8 ay (20.04.2026 – 31.12.2026) müddətində qüvvədə olacaq. Məlumat üçün onu da bildirək ki, AzTV “Biz”, “Səssiz səslər” və “44 gün” film və televiziya layihələri üzrə xidmətlərə görə Əliyev Ələkbər Həsən oğluna (VÖEN – 2902591772) 9 min 500 manat, Qurbanova Zülfiyyə Misirxan qızına (VÖEN – 2902858942) 12 min 500 manat, İbrahimov Şamil Zülfüqar oğluna (VÖEN – 1503651302) isə 15 min manat ödəyəcək.
Geri qayıt
|