Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmürBu gün, 16:49 |
|
Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının statusuna yenidən baxılması ilə bağlı hələlik heç bir siqnal daxil olmayıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. “Bundan əlavə, Ermənistan tərəfi rəsmi olaraq İrəvanın Gümrüdəki Rusiya hərbi bazasının bağlanmasını düşünmədiyini bildirib”, - Rusiya XİN başçısının müavini 102-ci baza ilə bağlı müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib. Geri qayıt |