Əsas Səhifə > Güney Press > İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib,
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib,Bu gün, 12:52 |
|
Bəhreynin Mühərrək vilayətində İran tərəfindən endirilən zərbə nəticəsində yaşayış binasına ziyan dəyib. APA xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, İranın hücumu nəticəsində Mühərrək vilayətində yerləşən yaşayış binası zədələnib. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Məlumata görə, aidiyyəti dövlət qurumları hadisə yerində araşdırma və zərərin qiymətləndirilməsi işlərini davam etdirirlər. İran tərəfinin məlumatına əsasən, hücumların hədəfi Küveytdə yerləşən Əli əl-Salem aviabazası və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası olub. Tehranda bu əməliyyatların ABŞ-ın hərbi əməliyyatına cavab olaraq həyata keçirildiyi bildirilib. İran rəsmiləri həmçinin gərginliyin daha da artacağı təqdirdə daha qəti addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Geri qayıt |