Əsas Səhifə > Güney Press > Vuçic nəhayət ki bunu edəcək...
Vuçic nəhayət ki bunu edəcək...Bu gün, 07:02 |
|
Serbiya Prezidenti Aleksandr Vuçic iyunun 27-də deyib ki, bir neçə həftə içində istefaya gedəcək. "DİA-AZ"ın məlumatına görə, o, həmçinin ölkədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyini də bildirib.
"Cəmi bir neçə həftə prezident olacağam və sonra istefa verəcəyəm" - deyə Vuçic Belqraddakı hökumət tərəfdarlarının mitinqində deyib.
O həmçinin özünün üzvü olduğu Serbiya Proqressiv Partiyasına seçkidə qələbə qazanması üçün yardım edəcəyini bildirib.
Vuçicin açıqlaması ölkədə 1.5 il davam edən antikorrupsiya etirazlarından sonra baş tutub. Etirazlara tələbələr rəhbərlik edib. Bütün ölkəyə yayılan mitinqlər Novi Sad şəhərində 16 nəfərin ölümü ilə nəticələnən dəmiryol stansiyasının çökməsindən sonra başlayıb.
Serbiya liderinin ikinci prezidentlik dönəmi 2027-ci ilin ortalarında bitməli idi.
Geri qayıt |