Əsas Səhifə > Güney Press > Lənkəranskinin qan düşməni idi
Lənkəranskinin qan düşməni idiBu gün, 11:19 |
|
Yekaterinburqun Yuxarı İset rayon Məhkəməsi “Giya Sverdlovski” kimi “qanuni oğru” Georgi Akoyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini avqustun 30-dək uzadıb. Lent.az xəbər verir ki, Georgi Akoyev Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ali mövqe tutmaq) maddəsi ilə ittiham olunur. Georgi Akoyev 2025-ci ilin oktyabr ayının sonunda Yekaterinburq şəhərində yerləşən "Kvartal Federatsiya" yaşayış kompleksində saxlanılıb. İstintaqın versiyasına görə, o, Sverdlovsk vilayəti ərazisində cinayət iyerarxiyasında ən yüksək mövqe tutub və "qanuni oğru" statusuna malik olub. Akoyev bundan əvvəl də məhkum edilib. Belə ki, 2008-ci ildə Yekaterinburqun Leninski rayon məhkəməsi onu silahlı quldurluq hücumunun təşkilində təqsirli bilərək 11 il azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, o, 2000-ci illərdə yerli sahibkarlardan birinə qarşı quldurluq hücumunu təşkil edib. Georgi Akoyev cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkib. İstintaqın ilkin məlumatına əsasən, Akoyev həbsdə olduğu dövrdə kriminal aləmdə "qanuni oğru" statusunu Timur Mirzoyevin himayəsi ilə alıb. Timur Mirzoyev isə “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qardaşı oğludur. Qeyd edək ki, Giya Sverdlovski 2020-ci ildə mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin ölümündən sonra Sverdlovsk vilayətində təsir gücünü artırmaq üçün Avtandil Kobeşavidze və Əhməd Dombayevlə rəqabət aparıb. Həmçinin o, Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. İş adamı 6 kiloqram qızılı “qanuni oğruya” versə də, nə qızıl qaytarılıb, nə də pul. Onu da qeyd edək ki, Sverdlovski "Ded Xasan"ın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi. Geri qayıt |