Əsas Səhifə > Güney Press > Pensiya yaşı 70-ə çatdırılacaq?
Pensiya yaşı 70-ə çatdırılacaq?Bu gün, 15:49 |
|
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkün dəyişikliklərlə bağlı suallar yaradır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırkı şəraitdə bunun baş verəcəyini gözləmir.
“Bunu söyləmək çətindir. Beynəlxalq praktikada pensiya yaşı adətən orta ölüm yaşı ilə təxminən 12 il fərq əsasında müəyyənləşdirilir. Əgər orta ömür uzunluğu 77 yaşdırsa, pensiya yaşının 65 olması normal hesab edilir. Gələcəkdə orta ömür uzunluğu 82 yaşa yüksələrsə, o zaman pensiya yaşının 70-ə çatdırılması nəzərdən keçirilə bilər.”
“Hazırda ölkəmizdə yaş həddini bu səviyyəyə qaldırmaq mümkün görünmür. Bu, ilk növbədə səhiyyə sisteminin inkişaf səviyyəsi, insanların sağlamlıq vəziyyəti və sosial problemlərinin həlli ilə bağlıdır. Avropa ölkələrinin bir çoxunda insanların 90-100 yaşa qədər yaşamaq tendensiyası daha yüksəkdir. Bunun səbəbi isə keyfiyyətli səhiyyə xidmətləri və yüksək həyat standartlarıdır.”
O, əlavə edib ki, belə bir qərar cəmiyyətdə birmənalı qarşılanmaya da bilər:
Geri qayıt |