Əsas Səhifə > Güney Press > İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası

İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası


Bu gün, 16:01

Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin İKT-nin toplantısında ermənilərin Qarabağdakı Azərbaycan mədəni irsini və məcsidləri məhv etməsi, habelə Ermənistandan 300 min azərbaycanlının zorla köçürülməsi barədə danışıb. Tribuna.az xəbər verir ki, dövlət başçısının bu açıqlaması İrəvanda qarışıqlıq yaradıb.

Belə ki, News.am saytı bunu “Əliyev Paşinyanı çətin vəziyyətə saldı” kimi təqdim edib.

“Güclü Ermənistan” Partiyasının mətbuat katibi Mariyam Qəhrəmanyan qeyd edib ki, bu prosesin başlanğıcıır və Azərbaycan Qərbi azərbaycanlıların geri qayıtması məsələsini əsas tələbləri sırasına daxil edəcək.

Ermənistanın sabiq XİN başçısı Vartan Oskanyan isə bildirib ki, azərbaycanlıların geri qayıtması məsələsi Ermənistanın milli təhlükəsizliyi məsələsidir. Onun sözlərinə görə, əgər İrəvan indi bunun qarşısını almağa nail olmasa, gələcəkdə prosesi önləmək mümkün olmayacaq.


Geri qayıt