Əsas Səhifə > Güney Press / Manşet > "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL?

"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL?


Bu gün, 15:34
"DOST Agentliyinə anamın şəhid ailə üzvü vəsiqəsinin dəyişdirilməsilə bağlı mayın 15-də etibarnamə ilə müraciət etmişəm. Bu gün 1 ay 10 gün keçir...." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında şəhid qardaşı, ictimai fəal Elyar İslamoğlu qeyd edib.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Vəsiqənin dəyişdirilməsi hələ də tamamlanmayıb.
On gün ara ilə iki dəfə zəng etmişəm. Hər dəfə eyni cavab:
"Müraciətiniz qəbul edilib."
Əziz DOST Agentliyi, müraciətin qəbul edildiyini bilirəm.
Maraqlısı odur ki, bəs nəticə nə vaxt olacaq?
Deyəsən sizdə "operativ xidmət" anlayışı ilə təqvim anlayışı arasında ciddi fikir ayrılığı var.
ASAN Xidmətə bir kursa getməyiniz faydalı olardı. Xüsusilə də həssas qruplara münasibətdə.
Çünki DOST olmaq sadəcə ad məsələsi deyil. Xidmətlə də hiss olunmalıdır..."

Geri qayıt