Əsas Səhifə > Güney Press / Partiya > “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır”

“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır”


Bu gün, 10:58

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bu məsələ bilavasitə təhlükəsizliklə bağlıdır:

“Ona görə də adı hansı formada təqdim olunursa- olunsun, əsas təhlükəsizliyin qorunmasına yönəlik addımlardır. Bölgədə baş verənlər həm də ölkəmizi müəyyən dərəcədə sabit və stabil vəziyyətdə, təhlükəsiz saxlamaq üçün müəyyən addımların atılmasını zəruri edir. Bütün bu faktorları nəzərə alaraq belə bir addım atılıb”.


Geri qayıt